Pirşağıda kanalizasiya sisteminin inşası üzrə layihə həyata keçiriləcək

Pirşağıda kanalizasiya sisteminin inşası üzrə layihə həyata keçiriləcək
# 22 fevral 2013 13:56 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva - APA-Economics. Bakı şəhərinin Pirşağı qəsəbəsində çirkab suları sisteminin inşası üzrə layihə həyata keçiriləcək.

Cənubi Koreyanın Azərbaycandakı səfiri Ço Suk-İnn “APA-Economics”ə bildirib ki, layihə Cənubi Koreyanın Azərbaycana ayırdığı kredit çərçivəsində reallaşdırılacaq.

Koreya şirkətlərinin iştirakı ilə hazırlanıb gerçəkləşdiriləcək layihənin icrasına bu il başlanacaq və təxminən 3 il davam edəcək.

Ümumilikdə Cənubi Koreyanın iqtisadi və sosial inkişaf layihələrinin həyata keçirilməsi üçün Azərbaycana ayırdığı kreditin həcmi 65,5 mln. dollar təşkil edəcək. Məbləğin bir hissəsi Azərbaycanda peşəkar təlim mərkəzinin yaradılması layihəsinə sərf olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR