Nigar Yaqublunun apelyasiya şikayətinə sentyabrın 17-də baxılacaq

Nigar Yaqublunun apelyasiya şikayətinə sentyabrın 17-də baxılacaq
# 14 sentyabr 2012 11:56 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Həbsdə olan Müsavat Partiyası Gənclər Təşkilatının üzvü Nigar Yaqublunun apelyasiya şikayətinə sentyabrın 17-də baxılacaq. Müsavat Partiyasının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, apellyasiya şikayətinə sentyabrın 17-də saat 11:00-da Sumqayıt Apelyasiya Məhkəməsində hakim Rasim İsgəndərovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, N. Yaqublu barəsində sentyabrın 11-i Abşeron Rayon Məhkəməsinin qərarı ilə 2 aylıq həbs-qətimkan tədbiri seçilib. O, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR