Azərbaycan pianoçusu İstanbulda konsert proqramı ilə çıxış edib – FOTO

Azərbaycan pianoçusu İstanbulda konsert proqramı ilə çıxış edib – <font color=red>FOTO</font>
# 13 fevral 2012 15:36 (UTC +04:00)
Bakı-APA. Tanınmış Azərbaycan pianoçusu Yeganə Axundova İstanbulda Fulya Sənət Mərkəzində İstanbul Dövlət Simfonik orkestri ilə birlikdə konsert proqramı ilə çıxış edib. APA-nın xəbərinə görə, orkestrə İtaliyadan dəvət olunmuş dirijor Gian Carlo De Lorenzo rəhbərlik edib. Konsertdə S.V.Raxmaninovun "Paqanini movzusuna rapsodiya"sı və A. Dvorjakın 7 saylı simfoniyası ifa olunub. Azərbaycandan olan və Türkiyə dinləyiciləri konserti böyük rəğbətlə qarşılanıb. Y. Axundova konserti uğurlu sayaraq, qeyd edib ki, Azərbaycan qadın ifaçılıq məktəbini növbəti dəfə xaricdə təmsil etməklə qürur hissi duyur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR