DSK-lar seçici siyahılarının dəqiqləşdirilməsinə başlayıb

DSK-lar seçici siyahılarının dəqiqləşdirilməsinə başlayıb
# 06 fevral 2012 09:01 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Azərbaycanda dairə seçki komissiyaları (DSK) seçici siyahılarını dəqiqləşdirməyə başlayıblar. Bu barədə APA-ya Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətindən məlumat verilib.

Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq məntəqə seçki komissiyaları fevralın 5-dək sözügedən prosesi yekunlaşdıraraq dəqiqləşdirilmiş siyahıları müvafiq dairə seçki komissiyalarına təqdim ediblər. Artıq dairə seçki komissiyaları seçki dairələri hüdudlarında seçici siyahılarının dəqiqləşdirilməsi işinə start veriblər.

Qeyd edək ki, yanvar ayının əvvəllərindən etibarən məntəqə seçki komissiyaları müvafiq seçki məntəqələrinin hüdudlarında seçici siyahılarının dəqiqləşdirilməsinə başlamışdı. Seçki qanunvericiliyinə əsasən ən gec aprelin 5-dək seçki dairələri üzrə dəqiqləşdirilmiş ilkin seçici siyahıları Mərkəzi Seçki Komissiyasına təqdim ediləcək. MSK həmin vaxtdan etibarən siyahıları yoxlayacaq, uyğunsuzluq aşkar edildikdə onların dürüstləşdirilməsi üçün lazımi addımlar atacaq. Sonra isə siyahılar təsdiq edilmək üçün aşağı seçki komissiyalarına təqdim olunacaq. Bu proses may ayının sonuna qədər yekunlaşacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR