Beynəlxalq Əmək Təşkilatı: Dünyada işsizlik yüksək səviyyəyə çatıb

Beynəlxalq Əmək Təşkilatı: Dünyada işsizlik yüksək səviyyəyə çatıb
# 30 aprel 2012 09:11 (UTC +04:00)
Bakı - APA-Economics. Beynəlxalq Əmək Təşkilatı (BƏT) bütün dünyada işsizliyin yüksək səviyyəyə çatması ilə bağlı xəbərdarlıq edib.

APA-Economics”in xəbərinə görə, buna səbəb çox az sayda yeni iş yerlərinin açılmasıdır.

BƏT-in proqnozlarına görə, dünya əmək bazarı böhrana qədərki səviyyəsinə 2016-cı ildən tez çata bilməyəcək. Ekspertlər sərt büdcəyə qənaət proqramı səbəbindən əhalinin məşğulluq problemlərinin artdığı Avropa ölkələri sarıdan narahatlıqlarını gizlətmirlər. Eyni zamanda yüksək işsizlik səviyyəsi Afrika və Yaxın Şərq ölkələrində kütləvi iğtişaşların baş verməsi ehtimalını artırır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR