MM “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” qanun layihəsini qəbul edib

MM “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” qanun layihəsini qəbul edib
# 07 mart 2012 13:13 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Milli Məclisin iclasında “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” qanun layihəsi üçüncü oxunuş üçün müzakirəyə çıxarılıb. APA-nın xəbərinə görə, layihəyə edilmiş dəyişikliklər barədə Sosial siyasət Komitəsinin sədri Hadı Rəcəbli məlumat verib.

Qanun layihəsində dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət təminatlı yardım tədbirləri, Dövlət Proqramının qəbul edilməsi və həyata keçirilməsi, dağınıq skleroz xəstəliyinin müalicəsi üzrə tibb mütəxəssislərinin hazırlanması və ixtisaslarının artırılması, dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin registri, dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin müayinəsi və müalicəsi üzrə tədbirlərin maliyyələşdirilməsi, dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin hüquqları və s. əksini tapıb.

Layihə səsə qoyularaq qəbul olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR