İran XİN: İran ABŞ-la istənilən birbaşa danışığa qarşıdır

İran XİN: İran ABŞ-la istənilən birbaşa danışığa qarşıdır
# 30 oktyabr 2012 15:14 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. “Ağ Ev İranla birbaşa müzakirələrin aparılması ilə bağlı xəbərləri hər zaman ABŞ hakimiyyətinin siyasi məqsədləri üçün yayıb”. APA-nın məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Ramin Mehmanpərəst deyib.

O bildirib ki, mətbuatda İranın ABŞ-la birbaşa müzakirələr aparacağına dair yayılan məlumatlar həqiqəti əks etdirmir: “Biz bu cür xəbərləri təkzib edirik. İran ABŞ-la istənilən birbaşa danışığa qarşıdır. Belə informasiyaları ABŞ tərəfi xüsusən də seçkiqabağı ərəfədə yayır. Bununla da seçkilərdə daha çox səs qazanmaq istəyirlər”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR