Gürcüstan Silahlı Qüvvələrinin birləşmiş qərargahının rəisi, 4-cü briqadanın komandiri və keçmiş daxili işlər naziri Baço Axalaya həbs olunublar

Gürcüstan Silahlı Qüvvələrinin birləşmiş qərargahının rəisi, 4-cü briqadanın komandiri və keçmiş daxili işlər naziri Baço Axalaya həbs olunublar
# 07 noyabr 2012 08:45 (UTC +04:00)
APA-nın “İnterpressnews.ge” xəbər saytına istinadən verdiyi məlumata görə, G. Kalandadze noyabrın 7-də yerli vaxtla saat 05.20-də Müdafiə Nazirliyinin binasında prokurorun iştirakı ilə həbs edilib. O, xidməti səlahiyyət həddini aşmaqda ittiham olunur.

Sabiq daxili işlər naziri B. Axalaya isə noyabrın 7-nə keçən gecə prokurorluqda dindirildikdən sonra həbs edilib. Ona qarşı da “xidməti səlahiyyətini aşmaq” ittihamı irəli sürülüb. Vəkilin sözlərinə görə, B. Axalaya müdafiə naziri olduğu dövrdə baş verən hadisələrlə əlaqədar – konkret olaraq əsassız işdən çıxarılmalar, nazir tərəfindən əməkdaşların təhqir olunması kimi epizodlar üzrə dindirilib. B. Axalayanı 5 ildən 8 ilə qədər həbs gözləyir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR