Azərbaycan prezidenti belaruslu həmkarını təbrik edib

Azərbaycan prezidenti belaruslu həmkarını təbrik edib
# 02 iyul 2012 16:18 (UTC +04:00)
Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Belarus prezidenti Aleksandr Lukaşenkoya təbrik məktubu göndərib. APA-nın məlumatına görə, məktubda deyilir: “Milli bayram – Respublika Günü münasibətilə Sizə və dost Belarusun bütün xalqına mənim təbriklərimi və ən xoş arzularımı qəbul edin.

Bu gün Belarus dövlətçiliyin, qanunçuluğun və hüquqi qaydanın möhkəmləndirilməsi, cəmiyyətin həyatının bütün tərəflərinin modernləşdirilməsi yolu ilə uğurla irəliləyir.
Azərbaycanla Belarusu qırılmaz dostluq, əməkdaşlıq və qarşılıqlı dəstək telləri bağlayır.

Əminəm ki, bundan sonra da bizim səylərimiz bu xeyirxah ənənələrin qorunub saxlanmasına və artırılmasına, dövlətlərarası münasibətlərimizin genişləndirilməsinə yönələcək.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, dost Belarus xalqına sülh və firavanlıq arzulayıram”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR