Con Lenonun qatili əfv üçün növbəti dəfə müraciət edib - FOTO

Con Lenonun qatili əfv üçün növbəti dəfə müraciət edib - <font color=red>FOTO</font>
# 20 avqust 2012 07:27 (UTC +04:00)
Bakı – APA. Böyük Britaniyanın məşhur «Beatles» qrupunun musiqiçisi Con Lenonun qatili, ömürlük həbs cəzasına məhkum olunan Mark Devid Çepmen əfv olunması üçün növbəti dəfə müraciət edib. Bu, onun artıq 7-ci xahiş məktubudur.

APA-nın məlumatına görə, Çepmenin müraciətinə avqustun 21-də baxılacağı və prosesin həftənin sonunadək başa çatacağı gözlənilir. Bunu məhkumun cəzasını çəkdiyi ABŞ-ın Nyu-York ştatında yerləşən həbsxananın mətbuat katibi Linda Foqlia bildirib. Bundan öncə təqdim olunan 6 müraciətin hamısı müvafiq komissiya tərəfindən Lenonun keçmiş həyat yoldaşı Yoko Ononun xahişi ilə rədd edilib.

Xatırladaq ki, M.D.Çgpmen C.Lenonu 1980-ci il dekabrın 8-də musiqiçinin Nyu-Yorkda yaşadığı evin yaxınlığında odlu silahla qətlə yetirib. Musiqiçi xəstəxanaya çatdırılsa da, çoxlu qan itirdiyinə görə, onun həyatını xilas etmək mümkün olmayıb. Qatilin həmin an 25 yaşı olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR