TRT-nin «Avrupa Avrupa» serialının Bakıda aparılan çəkilişləri yekunlaşıb - FOTOSESSİYA

TRT-nin «Avrupa Avrupa» serialının Bakıda aparılan çəkilişləri yekunlaşıb - <font color=red>FOTOSESSİYA</font>
# 01 may 2012 15:07 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. TRT kanalında yayımlanan «Avrupa Avrupa» serialının Bakıda aparılan çəkilişləri yekunlaşıb. APA-nın məlumatına görə, serialın çəkiliş qrupu Azərbaycana səfərlərinin yekununa həsr olunan mətbuat konfransı keçirib.

Mətbuat konfransında çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç deyib ki, Azərbaycan və Türkiyə hər sahədə olduğu kimi, kinematoqrafiya sahəsində də əməkdaşlığı müxtəlif layihələrlə davam etdirir. Azərbaycanda türk seriallarının yayımının dayandırılmasına toxunan səfir bildirib ki, türk filmi elə Azərbaycan filmi deməkdir: “Mən bunlar arasında ayrı-seçkilik edilməsinə razı deyiləm”.

Filmin rejissoru Banu Akdəniz isə Bakıda özlərini rahat hiss etdiklərini və çəkilişlərin uğurlu alındığını söyləyib. Çəkilişlərdə Azərbaycandan iki aktyor da rol alıb.

Çəkilişlər Türk Şəhidliyi, İçərişəhər, Nizami parkı, Sahil bağı və Park Bulvarda aparılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR