Pentaqon ötən il Azərbaycana 4,86 mln. dollar hərbi-texniki yardım göstərib
03 sentyabr 2008 11:12 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov-APA. ABŞ Müdafiə Nazirliyi 2007-ci ildə xarici ölkələrə göstərdiyi hərbi-texniki yardımların miqdarını açıqlayıb. APA-nın “Vaşinqton Profayl”a istinadən yaydığı məlumata görə, ötən il Pentaqon xarici ölkələrə ümumi dəyəri 11,9 milyard dollar olan hərbi-texniki yardım göstərib. Bu dövlətlər arasında Rusiya və Belarus istisna edilməklə digər bütün postsovet ölkələri var.
Ötən il Pentaqon Ukraynaya 10,1 mln. dollar (döyüş sursatları, ehtiyat hissələri, təlim və treninqlər), Moldovaya 570 min dollar (rabitə vasitələri ilə təchizat), Ermənistana 3,1 mln. dollar (əsasən hərbi texnikaların ehtiyat hissələri şəklində), Azərbaycana 4,86 mln. dollar (rabitə vasitələri və treninqlərin təşkili), Gürcüstana 25,1 mln. dollar (döyüş sursatları, rabitə vasitələri, aviatexnika, təlim və treninqlər) yardım göstərib.
Postsovet ölkələrindən Qazaxıstana 5,3 mln. dollar, Qırğızıstana 5,7 mln. dollar, Tacikstana 128 min. dollar, Türkmənistana 85 min dollar, Özbəkistana 8,2 mln. dollar, Latviyaya 3,3 mln. dollar, Litvaya 23,4 mln. dollar, Estoniyaya isə 4,2 mln. dollar dəyərində yardım olunub.
Ümumilikdə postsovet ölkələrinə yardım şəklində ABŞ tərəfindən hərbi gəmilər, hərbi avadanlıqlar, rabitə və radar sistemləri, raketlər, hərbi texnikaların ehtiyat hissələri və s. verilib. Yardımlar həmçinin kadrların hazırlanması və s. bağlı olub.

Xarici siyasət
XİN: Azərbaycan dost və qardaş xalq kimi İrana bütün lazımi dəstəyi verməyə hazırdır
20:03
19 may 2024
Latviya Parlamenti sədrinin başçılıq etdiyi nümayəndə heyəti Füzuli və Şuşa şəhərlərində olub - FOTO - YENİLƏNİB
19:21
19 may 2024
İran səfirinin Azərbaycan Respublikasındakı diplomatik missiyası başa çatıb
18:44
19 may 2024
Seyid İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür
14:53
19 may 2024