Naxçıvanda prezident seçkiləri ilə əlaqədar 316 seçki məntəqəsi yaradılıb

Naxçıvanda prezident seçkiləri ilə əlaqədar 316 seçki məntəqəsi yaradılıb
# 06 sentyabr 2008 09:20 (UTC +04:00)
Naxçıvan-APA. Prezident seçkilərində Naxçıvan Muxtar Respublikasında 316 seçki məntəqəsi fəaliyyət göstərəcək. Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasından APA-nın yerli bürosuna verilən məlumata görə, indiyə kimi 7 seçki dairəsi üzrə 292 seçki məntəqəsi yaradılıb. Bunlardan 17-si seçicilərin sayının artması ilə bağlı yeni təşkil olunan məntəqələrdir. Eyni zamanda seçkiyə 5 gün qalmış Müdafiə Nazirliyinin Naxçıvan Muxtar Respublikası ərazisindəki hissələrində 21, Daxili Qoşunların Naxçıvan Alayında, Naxçıvan MR Ədliyyə Nazirliyinin Penitensiar Xidməti və Naxçıvan Sərhəd Diviziyasında hər birində 1 ədəd olmaqla 3 seçki məntəqəsi təşkil olunacaq.

Mərkəzi Seçki Komissiyasından onu da əlavə ediblər ki, region üzrə seçki siyahıları dəqiqləşdirilərək təsdiq olunub. 2008-ci ilin avqust ayı üçün seçicilərin sayı 235 min 562 nəfərdir. Bunlardan 6635 nəfər ilk dəfə səs verəcək gənclərdir.

Qeyd edək ki, seçki günü Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən bütün seçki dairələri yeni inşa olunmuş obyektlərdə fəaliyyət göstərəcək. Prosesə hazırlıqla əlaqədar seçici sayına uyğun olaraq 624 səsvermə kabinəsi təşkil olunub. Həmin gün bütün seçki dairələrini əhatə etməklə 25 seçki məntəqəsində kameralar quraşdırılacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR