Türkiyənin nəqliyyat naziri Ermənistanın Bakı-Tiflis-Qars dəmir yolu layihəsinə qoşulacağını istisna etmir

Türkiyənin nəqliyyat naziri Ermənistanın Bakı-Tiflis-Qars dəmir yolu layihəsinə qoşulacağını istisna etmir
# 12 sentyabr 2008 14:33 (UTC +04:00)
Ankara – APA. Azərbaycan, Gürcüstan və Türkiyə tərəfindən həyata keçirilən Bakı-Tiflis-Qars dəmir yolu layihəsi qonşu Ermənistanı kənarda qoymağı nəzərdə tutmur. APA-nın “Today’s Zaman” qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin nəqliyyat naziri Binəli Yıldırım deyib. O, layihənin 2011-ci ildə başa çatacağını, təkcə adə çəkilən üç ölkəni əhatə etməyəcəyini, həm də Asiya ilə Avropanı bir-birinə bağlayan tarixi İpək Yolunun canlandırılmasına yönəldiyini bildirib. Nazir beynəlxalq ticarət və turizmin inkişafına təkan verəcək layihəyə Rusiya, İran, Yunanıstan kimi ölkələrin də qoşula biləcəyini söyləyib: “Layihə yalnız Türkiyə və Azərbaycana məxsus deyil”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR