Bakı Dövlət Universitetinin yeni tədris korpusunun açılışı olub

Bakı Dövlət Universitetinin yeni tədris korpusunun açılışı olub
# 15 sentyabr 2008 12:26 (UTC +04:00)
Bakı - APA. Sentyabrın 15-də Bakı Dövlət Universitetində (BDU) yeni tədris korpusunun açılışı olub. Açılış mərasimində prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva da iştirak ediblər. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, dövlət başçısı yeni korpusun açılışını bildirən lenti kəsib.

Yeni korpusun inşasına 1991-ci ildə başlanılsa da, sonradan işlər dayandırılıb. Prezident İ. Əliyevin sərəncamları ilə 2006-cı ildə korpusun tikintisi üçün büdcədən 600 min manat, 2007-ci ildə 2,5 milyon manat, bu il isə 4,6 milyon manat əlavə vəsait ayrılıb.
Ümumi sahəsi 15 min kvadratmetr olan, lazımi avadanlıqla təchiz edilmiş 10 mərtəbəli yeni tədris korpusunda 300-dən çox otaq, o cümlədən 220 auditoriya var. Müasir tipli yeni binada 4 mindən çox tələbənin təhsili üçün hər cür şərait yaradılıb.

Prezident İ. Əliyev tarix, tətbiqi riyaziyyat və kibernetika fakültələrinin yerləşdiyi mərtəbələr, kompüter mərkəzi, akt salonu, poliklinika, yeməkxana ilə tanış olub. Dövlət başçısı mərasimdə nitq söyləyib.

Prezident İ. Əliyev Azərbaycanın aparıcı ali təhsil müəssisəsi olan BDU-nun hazırda öz inkişafının yeni mərhələsini yaşadığını deyib. O, Azərbaycanda təhsilə dövlət qayğısından danışaraq dövlət büdcəsindən bu sahəyə ayrılan vəsaitin həcminin ildən-ilə artırıldığını, təhsilin inkişafına dair tədbirlərin bundan sonra da davam etdirəcəyini diqqətə çatdırıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR