Azərbaycanın milli təhlükəsizlik naziri Qərbi Avropa İttifaqı Assambleyasının Siyasi Məsələlər Komitəsinin nümayəndə heyətini qəbul edib
16 sentyabr 2008 16:01 (UTC +04:00)
Bakı – APA. Azərbaycanın milli təhlükəsizlik naziri, general-leytenant Eldar Mahmudov Qərbi Avropa İttifaqı Assambleyasının Siyasi Məsələlər Komitəsinin nümayəndə heyətini qəbul edib. Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İctimai Əlaqələr Mərkəzindən APA-ya daxil olan məlumata görə, E. Mahmudov regionda gedən proseslər, reallıqlar və təhdidlər barədə danışıb, beynəlxalq terrorçuluq, narkotiklərin qanunsuz dövriyyəsi, qeyri-leqal miqrasiya və transmilli mütəşəkkil cinayətkarlığın digər təhlükəli təzahürlərinin artmasının bütün dünyada ciddi narahatlıq doğurduğunu qeyd edib, bununla əlaqədar MTN-də yeni təhdidlərə qarşı həyata keçirilən adekvat tədbirlərin, yaradılmış aidiyyəti qurumların fəaliyyətinin konkret nəticələrini diqqətə çatdırıb.
Milli təhlükəsizlik naziri, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, işğal faktorunun nəzarətsiz ərazilər problemi baxımından nəinki Azərbaycanın, eyni zamanda bütün Avropanın təhlükəsizliyinə ciddi təhdid olduğunu söyləyib. E. Mahmudov münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində tezliklə həllinin vacibliyini və bunun üçün Avropa İttifaqı tərəfindən də səylərin artırılması zərurətini qeyd edib.
Öz növbəsində, nümayəndə heyətinin rəhbəri Maykl Henkok Azərbaycanın regiondakı coğrafi-strateji mövqeyinə, beynəlxalq terrorçuluq təhdidləri baxımından həssas yerdə yerləşdiyinə toxunaraq, ölkəmizin regional təhlükəsizlik sahəsində mühüm rol oynadığını vurğulayıb.

Xarici siyasət
Paşinyan Ermənistanın bu ay Azərbaycanla sülh sazişini imzalamağa hazır olduğunu bildirib
18:52
8 oktyabr 2024
Putin: Azərbaycanın Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı olacaq
18:01
8 oktyabr 2024
Hikmət Hacıyev Lavrovun müavini ilə görüşüb
17:29
8 oktyabr 2024
Peskov: Putinin Azərbaycan və Ermənistan liderləri ilə görüşlərində Zəngəzur dəhlizi, yəqin ki, müzakirə olunub
16:25
8 oktyabr 2024