Səttar Mehbalıyev İctimai Xidmət İnternasionalının nümayəndələrini qəbul edib

Səttar Mehbalıyev İctimai Xidmət İnternasionalının nümayəndələrini qəbul edib
# 02 oktyabr 2008 13:42 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, millət vəkili Səttar Mehbalıyev İctimai Xidmət İnternasionalının (PSİ) Avropa üzrə nümayəndələrini qəbul edib. AHİK-in təşkilat işləri və məlumat şöbəsindən APA-ya verilən məlumata görə, S. Mehbalıyev qonaqlara AHİK-in yaradılması, 1 milyon 600 min üzvünün olması, işçilərin əmək hüquqlarının qorunmasında və sosial məsələlərin həllində oynadığı mühüm rol barədə məlumat verib.

PSİ-nin Avropa üzrə katibi Yurgen Buxbaum AHİK və PSİ arasında yaranmış dostluq və əməkdaşlıq münasibətlərinin daha da genişlənəcəyinə ümid etdiyini bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR