109 saylı Balakən Seçki Dairəsinin 6 məntəqəsində veb-kameralar quraşdırılıb

109 saylı Balakən Seçki Dairəsinin 6 məntəqəsində veb-kameralar quraşdırılıb
# 15 oktyabr 2008 06:39 (UTC +04:00)
Balakən. Vüqar Heydərov-APA. 109 saylı Balakən Seçki Dairəsinin 6 məntəqəsində veb-kameralar quraşdırılıb. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, dairə ərazisində olan 35 məntəqədə 37 min 361 seçici qeydiyyatdadır. 2 saylı məntəqədə seçki prosesini ATƏT-in müşahidəçiləri Lars Müllüqufte, Aleksandr Sukanov izləyir. Müşahidəçilər APA-nın əməkdaşına dünəndən Balakəndə olduqlarını, bir neçə məntəqəyə baş çəkdiklərini, seçkilərə hazırlığın normal təşkil olunduğunu bildiriblər. 1288 seçicinin qeydiyyatda olduğu 34 saylı məntəqədə isə ABŞ səfirliyinin nümayəndəsi Devid Holc müşahidə aparır. Dairə ərazisində seçkiləri izləyən MDB Müşahidə Missiyasının üzvü Aleksey Zaykovski APA-nın əməkdaşına müşahidə apardığı məntəqələrdə səsvermə kabinələrində bülleten nümunələrinin olmadığını irad kimi qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR