Bakıda TAE layihəsinin işçi qrupunun iclası keçirilir
13 noyabr 2008 10:33 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakıda TransAvropa-Asiya (TAE) layihəsinin əməliyyat, bərpaetmə və istismar üzrə işçi qrupunun iclası işə başlayıb.
«APA-Economics»in məlumatına görə, iki gün davam edəcək iclas çərçivəsində layihənin hazırkı vəziyyəti, perspektivləri, görülən işlər və gələcək planlar müzakirə olunur, fikir mübadiləsi aparılır. Tədbirə Azərbaycan, Qazaxıstan, Türkmənistan və digər ölkələrin nümayəndələri qatılıb. Iclas çərçivəsində layihə ilə bağlı müxtəlif təqdimatlar keçiriləcək.
Qeyd edək ki, XX əsrin ən böyük tikintilərindən sayılan TAE kabel magistralı Çinin Şanxay şəhərindən başlayaraq Almaniyanın Frankfurt-Mayn şəhərinədək 24 min kilometrlik məsafədə uzanan böyük əhəmiyyətə malik rabitə şəbəkəsidir. TAE-nin Xəzər seqmentində tikinti işlərinin aparılması ilə bağlı artıq Azərbaycanın Beynəlxalq Əlaqələr və Hesablama Mərkəzi ilə Qazaxıstanın «KazTransCom» arasında protokol imzalanıb. Bu sənədə əsasən, xərclərin 50%-i Azərbaycan, digər 50%-i isə Qazaxıstan tərəfindən ödəniləcək. Hələ 1999-cu ildə aparılan hesablamalara görə, dənizin dibi ilə kabelin tikintisinin dəyəri 10 mln. ABŞ dolları təşkil edir. TAE seqmenti üzrə Bakı (Azərbaycan)-Astara (İran) xəttinin uzunluğu təxminən 345 km, Bakı-Rusiya xəttinin uzunluğu 250 km, Siyəzən (Azərbaycan)-Aktau (Qazaxıstan) xəttinin uzunluğu isə təxminən 400 km-dir.

İnfrastruktur
Sabah Azərbaycanın bəzi ərazilərində su kəsiləcək
17:57
13 may 2024
Rəşad Nəbiyev: Azərbaycanın nəqliyyat gəlirləri 4,2 mlrd. manata yaxınlaşıb
15:35
13 may 2024
“Samur” - “Yaraq-Qazmalar” buraxılış məntəqələri ərazisində avtomobil körpüsünün istismarı qaydaları müəyyənləşəcək
13:55
13 may 2024
Qubadlının Mahruzlu və Zilanlı kəndlərində tikinti işlərinə başlanılıb - FOTO
10:40
13 may 2024