Bank Of Baku

Cəlilabadda fəhlələri daşıyan mikroavtobus "Prado" ilə toqquşub

Cəlilabadda fəhlələri daşıyan mikroavtobus "Prado" ilə toqquşub
# 13 may 2024 18:28 (UTC +04:00)

Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə Ələt-Astara avtomobil yolunda Cəlilabad rayonu ərazisində qeydə alınıb.

Hərəkətdə olan "Prado" markalı minik avtomobili mikroavtobusa çırpılıb.

Hadisə yerinə cəlb olunan təcili tibbi yardım briqadası əməkdaşları, mikroavtobusda olan bir neçə şəxsə yerində ilkin tibbi yardım göstərib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR