Bank Of Baku

Özünü general kimi təqdim edərək dələduzluğa görə tutulan şəxsin məhkəməsi başlayır

Özünü general kimi təqdim edərək dələduzluğa görə tutulan şəxsin məhkəməsi başlayır
# 13 may 2024 18:04 (UTC +04:00)

Özünü general kimi təqdim edərək dələduzluq etməkdə təqsirləndirilən Mirdaməd Əzizovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA xəbər verir ki, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Rasim Sadıxovun icraatına verilib.

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanan cinayət işi üzrə ilkin araşdırmalar zamanı M.Əzizovun özünü BMT tərəfdaşı Beynəlxalq İnsan Hüquqlarının Müdafiə Komitəsinin eksperti, Beynəlxalq informasiya agentliyinin direktoru, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü kimi də təqdim etməsi üzə çıxıb. O, bir sıra xarici ölkələrdə rəsmi səfərlərdə olması barədə məlumatlar yayıb.

Qeyd edək ki, Mirdaməd Əzizov Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib. Onun barəsində həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR