Cefri Verbax: “Qoy bütün dünya görsün ki, Azərbaycanda necə keyfiyyətli musiqilər səslənir”

Cefri Verbax: “Qoy bütün dünya görsün ki, Azərbaycanda necə keyfiyyətli musiqilər səslənir”
# 18 mart 2009 14:00 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. “Azərbaycanda Beynəlxalq Muğam Festivalının keçirilməsi çox sevindirici haldır. Belə bir tədbirin Azərbaycanın milli bayramı olan Novruz bayramı ərəfəsində keçirilməsi isə çox ürəkaçan hadisədir. Belə bir tədbirə dəvət olunduğum və yenidən Bakıya gəldiyim üçün çox xoşbəxtəm”. APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Amerikada yaşayan kamança ifaçısı, Azərbaycan musiqisinin təbliğatçısı Cefri Verbax deyib. Musiqiçi bu tədbirin keçirilməsini Azərbaycanın dövlətinin imicinə xeyir gətirəcəyinə əmin olduğunu vurğulayıb: “Bu festivalda iştirak edəcək qonaqlar bir daha möhtəşəm Azərbaycan mədəniyyəti ilə tanış olacaqlar. Mən Amerikada yaşayıram və muğamı orada da təbliğ edirəm. Festivalda heyrətamiz musiqiləri ustad ifaçıların ifasında eşidəcəyimə çox şadam. Qoy bütün dünya görsün ki, Azərbaycanda necə keyfiyyətli musiqilər səslənir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR