ATƏT-in Bakı ofisi Şəkidə seminar keçirir

ATƏT-in Bakı ofisi Şəkidə seminar keçirir
# 26 oktyabr 2009 09:33 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Şəkidə Azərbaycanda sahibkarlığın inkişafı üçün təlimçilərin hazırlığı və kiçik və orta müəssisələrə dəstək üzrə seminar başlayıb. ATƏT-in Bakı ofisindən APA-ya verilən məlumata görə, 12 təlimçinin qatıldığı seminar Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Mərkəzi və Beynəlxalq Əmək Təşkilatı ilə birgə təşkil edilib. Ofisin rəhbəri Əli Bilgə Cankorel çıxışında Azərbaycanda kiçik və orta müəssisələrin inkişafının qeyri-neft sektorunda diversifikasiya və regionların iqtisadiyyatının inkişafı üçün xüsusi önəm kəsb etdiyini bildirib.

Seminarı bitirən təlimçilərin 180-ə yaxın yeni sahibkara təlim keçməsi nəzərdə tutulub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR