Moskvada «Literaturnaya qazeta»nın baş redaktorunun evinə basqın edilib

Moskvada «Literaturnaya qazeta»nın baş redaktorunun evinə basqın edilib
# 23 dekabr 2009 22:11 (UTC +04:00)
Moskva-APA. «Literaturnaya qazeta»nın baş redaktoru Yuri Polyakovun Rusiyanın paytaxtı Moskvada yerləşən Peredelkino qəsəbəsindəki evinə basqın edilib. APA-nın «Moskovskiy komsomolets» qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə məlumatı baş redaktor özü verib. Basqın zamanı baş redaktorun xanımı aldığı xəsarətlər nəticəsində xəstəxanaya yerləşdirilib.

Y. Polyakovun dediyinə görə, onun evinə dekabrın 23-də gecə saatlarında basqın olub. Basqınçılar əvvəlcə evin gözətçisinin əl-qolunu bağlayıb, evin açarlarını götürəndən sonra mənzilə daxil olublar. Onlar evin xanımın başına tapança ilə zərbələr endiriblər.

Evdə səs-küy eşidən yazıçı ikinci mərtəbədən enərkən basqınçılardan biri ilə qarşılaşıb. Yazıçının yenidən geri qaçaraq soyuq silah gətirməsinə isə ehtiyac qalmayıb. Çünki onun geri qaçdığını görən basqınçılar aradan çıxıblar.

Baş redaktorun fikrincə, basqın qarət məqsədiylə edilməyib: “ Çünki evdəki əşyaların hamısı yerindədir. Məni güman ki, Yazıçılar Qəsəbəsindəki mübahisəli torpaqlardan yazı dərc etdiyim üçün qorxutmaq istəyiblər”.

Lakin Y. Polyakov onu da vurğulayıb ki, bir həftə əvvəl Rusiyanın İqtisadi Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyatçılarına «Litfond»dakı maliyyə maxinasiyaları barədə sənədlər də təqdim edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR