Moskvada 25 yaşlı Azərbaycan vətəndaşı qətlə yetirilib

Moskvada 25 yaşlı Azərbaycan vətəndaşı qətlə yetirilib
# 19 yanvar 2010 13:39 (UTC +04:00)
APA-nın Rusiya KİV-inə istinadən verdiyi məlumata görə, Batyuninski küçəsində yerləşən «Kuryanovo» kafesində bir qrup Azərbaycan vətəndaşı arasında mübahisə düşüb. Sonra onlar küçəyə çıxaraq davaya başlayıblar. Dava zamanı bıçaq və travmatik silahdan istifadə edilib.
Nəticədə 25 yaşlı Azərbaycan vətəndaşı sinəsindən aldığı bıçaq zərbəsindən xəstəxanada keçinib.
Onu bıçaqlayan digər azərbaycanlı isə hazırda xəstəxanadadır. Onun çənəsi sınıb, qasığından və budundan güllə yarası alıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR