Hacıqabul ərazisində naməlum kişi meyiti tapılıb

Hacıqabul ərazisində naməlum kişi meyiti tapılıb
# 01 aprel 2010 09:36 (UTC +04:00)
Hacıqabul. Əlibәy Zeynallı-APA. Hacıqabul rayonu ərazisində naməlum kişi meyiti tapılıb.
Bu barədə APA-nın Mil-Muğan bürosuna Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsinin müstəntiqi Anar İmanov məlumat verib. Məlumata görə, bu gün səhər saatlarında Bakı-Qazax magistralının Hacıqabul rayonunun Nəvahi kəndi ərazisində, yolun kənarında 30-35 yaşlarında kişi aşkarlanıb. Naməlum şəxsin nədən dünyasını dəyişdiyi hələlik dəqiq məlum olmasa da, ehtimal olunur ki, onu istintaqa məlum olmayan avtomobil vurub. Naməlum şəxsin meyiti morqda saxlanılır.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR