Nursultan Nazarbayevin Ümummilli Lider statusu rəsmiləşdirilib

Nursultan Nazarbayevin Ümummilli Lider statusu rəsmiləşdirilib
# 15 iyun 2010 08:36 (UTC +04:00)
Bakı - APA. Bu gün Qazaxıstanda ölkənin birinci prezidenti Nursultan Nazarbayevə Ümummilli Lider statusunun verilməsi haqqında qanun qüvvəyə minib.

APA-nın məlumatına görə, prezidentin rəsmən etiraz etməsinə baxmayaraq, parlamentin hər iki palatasının sədri və baş nazir tərəfindən imzalanan qanun rəsmi mediada dərc olunub.

Yeni qanun Ümummilli Lider kimi N.Nazarbayevə toxunulmazlıq statusu verir. O, həbs edilə, saxlanıla və yoxlanıla, həmçinin cinayət və inzibati məsuliyyətə cəlb oluna bilməz.

Qeyd edək ki, parlament bu təşəbbüslə mayın ortalarında çıxış edib. Nursultan Nazarbayev özü bu təşəbbüsə qarşı çıxaraq sənədi imzalamayıb. O bildirib ki, prezidentin ləyaqət və şərəfini qorumaq, onun toxunulmazlığına zəmanət verilməsi ilə bağlı məsələlər Konstitusiyada və digər qanunlarda əksini tapıb.

İndiyədək N.Nazarbayev Əmək Qəhrəmanı adından və deputatların paytaxt Astananın Nursultan adlandırılması təklifindən imtina edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR