Sarkozi nazirləri israfçılıqdan çəkinməyə çağırıb

Sarkozi nazirləri israfçılıqdan çəkinməyə çağırıb
# 29 iyun 2010 01:25 (UTC +04:00)
Bakı-APA. Fransa prezidenti Nicolya Sarkozi, sui-istifadə və lazımsız xərclər etdikləri üçün son günlərdə günahlandırılan nazirlərə və yüksək səviyyəli bürokratlara «özünüzü yığışdırın», deyə xəbərdarlıq edib.

Sarkozi baş nazir Fransua Filyona göndərdiyi məktubda, «nazirləri dövlət pulunu xərcləyərkən daha diqqətli olmağa» çağırıb.

Nazirlərdən lazımsız və böyük xərcləri azaltmaqlarını istəyən Prezident, şəxsi xərclərin dövlət büdcəsindən deyil, nazirlərin öz cibindən edilməsini istəyib. Sarkozi sui-istifadə edənləri cəzalandırılacağını bildirib.

2013-cü ilədək 10 min xidməti avtomobilin və 7 min apartamentin ləğv ediləcəyini bildirən Sarkozi yüksək xərcli mərasim və tədbirlərin də yığışdırılmasını tələb edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR