Sumqayıtda şagirdlər üçün yay düşərgələri yaradılıb

Sumqayıtda şagirdlər üçün yay düşərgələri yaradılıb
# 07 iyul 2010 07:40 (UTC +04:00)
Sumqayıt - APA-Economics. Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev şəhərin orta ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin yay tətili günlərində asudə vaxtlarının səmərəli təşkili məqsədilə sərəncam imzalayıb.

Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müşaviri Teymur Vəliyevin “APA-Economics”ə verdiyi məlumata görə, sərəncama əsasən şəhərin 46 ümumtəhsil məktəbində cari ilin iyul ayının 1-dən 25-nə qədər (bazar günləri istisna olmaqla) hər məktəbdən 50 şagird və 3 rəhbər olmaqla yay düşərgələri təşkil edilib. Düşərgələrin təşkili ilə bağlı işlər şəhər Təhsil Şöbəsinə, Gənclər və İdman Baş İdarəsinə, Gigiyena və Epidemiologiya Mərkəzinə həvalə edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR