Azərbaycanla MAQATE arasında əməkdaşlıq üzrə Dövlət Komissiyasının tərkibi təsdiqlənib

Azərbaycanla MAQATE arasında əməkdaşlıq üzrə Dövlət Komissiyasının tərkibi təsdiqlənib
# 16 iyul 2010 22:03 (UTC +04:00)
Bakı-APA. Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə Beynəlxalq Atom Enerjisi Agentliyi arasında əməkdaşlıq üzrə Dövlət Komissiyasının aşağıdakı yeni tərkibinin təsdiqlənməsi barədə” Sərəncam imzalayıb. Sərəncama görə Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov Komissiyanın sədri təyin olunub. Komissiyaya aşağıdakı şəxslər daxil olublar:
Natiq Əliyev - Azərbaycan Respublikasının sənaye və energetika naziri
Hüseynqulu Bağırov - Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri
Mahmud Kərimov - Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti
Aydın Əliyev - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri
Ramiz Həsənov - Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri
Elçin Quliyev - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi
Araz Əzimov - Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
Faiq Tağızadə - Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini
Əli Şəfiyev - Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin müavini
Abbas Vəlibəyov - Azərbaycan Respublikası səhiyyə nazirinin müavini
Fuad İsmayılov - Azərbaycan Respublikasının Avstriya Respublikasında fövqəladə və səlahiyyətli səfiri, Vyana şəhərində beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi
Siyavuş Azakov - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəisi
Ağadayı Ağayev - Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının xarici iqtisadi əlaqələr şöbəsinin müdiri (Komissiyanın katibi)
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR