Azərbaycan çay idxalını artırıb

Azərbaycan çay idxalını artırıb
# 27 iyul 2010 11:29 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin yanvar-iyun aylarında Azərbaycana 4 517,2 ton çay idxal olunub. Bu barədə «APA-Economics»ə Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Hesabat dövründə Azərbaycan çay idxalını 11,3% artırıb. Azərbaycana idxal olunmuş çayın dəyəri 6 685,1 min ABŞ dolları təşkil edib.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin birinci yarısında Azərbaycanın çay plantasiyalarından 257 ton yaşıl çay yarpağı yığılıb və çay yığımı 2009-cu il iyulun 1-nə nisbətən 0,8% azalıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR