Barak Obama 11 sentyabr terror aktının törədildiyi ərazidə məscidin inşası ideyasını dəstəkləyib

Barak Obama 11 sentyabr terror aktının törədildiyi ərazidə məscidin inşası ideyasını dəstəkləyib
# 14 avqust 2010 09:24 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA. ABŞ prezidenti Barak Obama 11 sentyabr 2001-ci il terror aktının törədildiyi ərazidə İslam Mədəniyyət Mərkəzi və məscidin inşası ideyasını dəstəklədiyini bildirib. APA-nın AFP-yə istinadən verdiyi məlumata görə, B.Obama vurğulayıb ki, «Əl-Qaidə» terror təşkilatının İslama heç bir aidiyyəti yoxdur və bu, İslamın kobud təhrifidir.
Qeyd edək ki, terror aktının törədildiyi yerdə məscidin inşası təşəbbüsü Nyu-York sakinlərinin narazılığına səbəb olub. Şəhər sakinləri hesab edirlər ki, burada məscidin inşası terror aktının qurbanı olmuş insanların yaxınlarına mənfi təsir göstərəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR