Potidə güclü qasırğa baş verib

Potidə güclü qasırğa baş verib
# 22 avqust 2010 00:24 (UTC +04:00)
Poti.Nizami Məmmədzadə-APA. Liman şəhəri Potidə və onun ətraf ərazilərində güclü qasırğa baş verib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, avqustun 21-də 30 yaşayış ev və binaların dam örtüyünü güclü külək aparıb, evlərin pəncərə şüşələri qırılıb, şəhərdə ona qədər ağac kökündən çıxıb. Poti şəhər hakimiyyətindən verilən məlumata görə, qasırğa cəmi 5 dəqiqə çəkib. Buna baxmayaraq şəhər və onun ətraflarına güclü ziyan dəyib. Hakimiyyət nümayəndələri əhaliyə bildiriblər ki, zədələnən yaşayış binaları təmir ediləcək və digər obyektlərə dəyən zərər hesablanaraq ödəniləcək.
Xatırladaq ki, analoji güclü qasırğa keçən il avqustun 9-da baş verib. Bu zaman Poti və onun ətrafında yerləşən 40 evin dam örtüyünü güclü külək aparıb, elektrik dirəkləri uçub, ağaclar qırılıb və evlərin qapı və pəncərələrindəki şüşələr sınıb ətrafa səpələnib. Poti limanının xidmət orqanları baş verəcək qasırğa barədə əvvəlcədən əhaliyə informasiya veriblər. Limandakı gəmilər də sahildən uzaqlaşaraq müəyyən məsafədə qasırğanın keçməsini gözləyiblər.
Keçən ilin avqust ayında da qasırğanın nəticələri aradan qaldırılıb və ziyan dəyən obyektlər təmir edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR