Avropa avtomobil bazarında azalma davam edir

Avropa avtomobil bazarında azalma davam edir
# 15 dekabr 2010 12:29 (UTC +04:00)
Bakı - APA-Economics. Avropada avtomobilə tələbat azalmaqda davam edir. “APA-Economics”in xəbərinə görə, bu barədə Avropa Avtomobil İstehsalçıları Assosiasiyası açıqlama yayıb.

Cari ilin noyabr ayında Avropada avtomobil satışı yenə də azalaraq 1,07 mln. ədəd təşkil edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,1% azdır. Avropanın avtomobil bazarında artım sonuncu dəfə bu ilin I rübündə müşahidə olunub.

Avropanın ən nəhəng avtomobil bazarı olan Almaniyada 6,2% azalma qeydə alınıb - 262,3 min ədəd. Fransada isə bu göstərici 194 min avtomobil təşkil edib (10,8%). Böyük Britaniyada avtomobil satışı 11,5%, İtaliyada 21,1%, İspaniyada 25,5% enib. Daha çox zərər isə ciddi maliyyə sıxıntıları yaşayan Yunanıstanda qeydə alınıb - 3 dəfə.

Hazırda Avropanın avtomobil bazarında liderlik Baltikyanı ölkələrə məxsusdur. Onların arasında isə Latviya 3 dəfəlik artımla öncüllük edir - 467. Estoniyada bu göstərici iki dəfə, Litvada isə 72,7%-dir.

Qeyd edək ki, bu ilin yanvar-noyabr ayları ərzində Avropada avtomobil satışı 5,7% azalaraq 12,35 mln. ədəd təşkil edib. Bu müddətdə İspaniya (5,9%) və Böyük Britaniya (3,4%) bazarlarında artım qeydə alınsa da, ümumi azalmanı aradan qaldırmaq mümkün olmayıb. Konkret avtomobil markalarına gəlincə, bu il daha çox satılan avtomobil “Renault” (5%), BMW (5,3%), “Nissan” və “Volvo”dur (10%).
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR