«Zaminbank» nizamnamə kapitalını artırır

«Zaminbank» nizamnamə kapitalını artırır
# 16 dekabr 2010 09:06 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Zaminbank» ASC-nin adi sənədsiz adlı səhmlərinin əlavə emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 200 manat, sayı 25 min ədəd, emissiyanın ümumi həcmi isə 5 mln. manat təşkil edir.

Birja mütəxəssislərinin fikrincə, «Zaminbank» yaxın vaxtlarda səhmlərin yerləşdirilməsinə başlayacaq. Yerləşdirmə uğurla başa çatacağı təqdirdə, bankın nizamnamə kapitalı 31,8% artaraq 20,722 mln. manata çatacaq.

Qeyd edək ki, «Zaminbank» ASC 1992-ci ilin noyabrında yaradılıb. Cari ilin oktyabr ayının 1-nə bankın aktivləri 216,535 mln. manat, depozit portfeli 45,980 mln. manat, kredit portfeli 141,10 mln. manat, məcmu kapitalı 20,533 mln. manata, o cümlədən nizamnamə kapitalı 15,722 mln. manat təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR