“TEAS Press” və Oksford Universiteti Müəllimlər Akademiyası azərbaycanlı müəllimlər üçün təlim keçib

“TEAS Press” və Oksford Universiteti Müəllimlər Akademiyası azərbaycanlı müəllimlər üçün təlim keçib
# 28 mart 2016 15:53 (UTC +04:00)

Bakı-APA. Oksford Universitetinin Müəllimlər Akademiyası Avropa Azərbaycan Məktəbində orta təhsil müəssisələrinin 26 nəfər ingilis dili müəlliminə təlimlər keçirib.

“TEAS Press”-dən APA-ya bildirilib ki, təlimin məqsədi, müəllimlərin yeni metodologiyalarla tanış etmək, onların bilik və bacarıqlarını artırmaq, "Oxford University Press" Nəşriyyat Evinin dərsliklərinin Azərbaycan təhsilində daha uğurla tətbiqi olub.

Ümumilikdə 9 sessiyadan ibarət olan təlimləri Akademiyanın təlimçisi Bill Bouler keçib. Akademiyası təxminən 2 ay müddətində təlimçi müəllimlərin doldurduqları formaları diqqətlə yoxlayacaq və müəllimlər sertifikatla təltif olunacaqlar.

"TEAS Press" Nəşriyyat Evi dünyada ən böyük universitet nəşriyyatı olan "Oxford University Press" (OUP) Nəşriyyatının ingilis dilinin tədrisi və digər nəşrlərin yayımı üzrə 2015-ci ilin may ayından etibarən Azərbaycanda rəsmi distributoru təyin edilib.

"Oxford University Press" Nəşriyyatının materialları Azərbaycanda müəllim və tələbələrin, eləcə də müxtəlif sahələrdə çalışan və ingilis dilindən istifadə edən mütəxəssislərin bu dildə olan müasir ədəbiyyatla tanış olması, həmçinin onların ingilis dili üzrə bilik və bacarıqlarının inkişaf etdirilməsinə zəmin yaradır. "OUP" nəşriyyatı ingilis dilinin öyrənilməsi vasitəsilə müəllim və şagirdlərin dünya görüşünün genişlənməsinə imkan yaradır.

OUP-in Satışlar və Beynəlxalq İnkişaf üzrə Direktoru Saymon Mavin deyib: "Təhsil insanların həyatını yaxşıya doğru dəyişir və biz çox şadıq ki, "Oxford University Press" Nəşriyyatının "TEAS Press" Nəşriyyat Evi ilə əməkdaşlığı sayəsində Azərbaycandakı müəllim və tələbələr bizim Oksford Universitetindən olan orijinal nəşrlərindən bəhrələnə biləcəklər".

"Oxford University Press" Nəşriyyatı Oksford Universitetinin bir departamenti kimi fəaliyyət göstərir. Bu nəşriyyat tədqiqat işlərində, təqaüd və təhsil sahəsində müxtəlif nəşrlər çap etməklə dünyada universitetin mükəmməlliyə nail olmaq məqsədini təbliğ edir.

"OUP" dünyanın ən böyük qlobal əhatəli universitet nəşriyyatıdır. Hazırda nəşriyyat ildə 7 min yeni kitab çap edir, onun 50-dən çox ölkədə nümayəndəliyi fəaliyyət göstərir. Bu nəşriyyatı müxtəlif nəşr proqramlarına görə milyonlarla insan tanıyır. Buraya bütün akademik sahələr üzrə elmi işlər, məktəb dərslikləri, uşaq kitabları, xarici dil olaraq ingilis dili üzrə tədris vəsaitləri, biznes sahəsində kitablar, lüğətlər, təlimat kitabları və elmi jurnallar daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR