Bu il Azərbaycanın magistral qaz kəmərləri ilə 14 mlrd. kubmetr qaz nəql edilib

Bu il Azərbaycanın magistral qaz kəmərləri ilə 14 mlrd. kubmetr qaz nəql edilib
# 16 sentyabr 2015 07:21 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-avqust aylarında Azərbaycanın magistral neft kəmərləri ilə 31 mln. ton neft nəql edilib.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, nəqletmənin 75,8%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə həyata keçirilib və cari ilin yanvar-avqust ayları ərzində bu kəmər vasitəsilə 23,5 mln. ton neft ötürülüb.

Dövr ərzində BTC kəməri ilə 4 mln. ton tranzit nefti də nəql edilib

Bu ilin 8 ayı ərzində magistral qaz kəmərləri ilə 14 mlrd. kubmetr qaz nəql edilib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,7% azalma müşahidə olunub. Qazın nəqlinin 30,5%-i Bakı- Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və 4,27 mlrd. kubmetr qaz ötürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR