Azərbaycanda qeyri-həyat sığortası bazarında yığım 8,2% artıb

Azərbaycanda qeyri-həyat sığortası bazarında yığım 8,2% artıb
# 16 sentyabr 2015 07:52 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2015-ci ilin yanvar-avqust aylarında Azərbaycanda toplanmış sığorta haqlarının 230,9 mln. manatı və ya 73,8%-i qeyri-həyat sığortasının payına düşüb.

APA-Economics”in məlumatına görə, Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Orxan Bayramov deyib ki, 2014-cü ilin eyni dövrünə nisbətən qeyri-həyat sığortası bazarı 8,2% böyüyüb.

Qeyri-həyat sığortası üzrə yığımların 22,8%-i və ya 52,7 mln. manatı avtomobillərin icbari sığortasının, 21,7%-i və ya 50,2 mln. manatı tibbi sığortanın, 9%-i və ya 20,7 mln. manatı

əmlakın yanğından və digər risklərdən sığortasının, 8,9%-i və ya 20,5 mln. manatı daşınmaz əmlakın icbari sığortasının, yenə də 8,9%-i və ya 20,5 mln. manatı kasko sığortasının, qalan 28,7%-i və ya 66,3 mln. manatı isə digər qeyri-həyat sığortası növlərinin payına düşüb.

8 ay ərzində sığorta ödənişlərinin 71,8%-ni və ya 83,4 mln. manatını qeyri-həyat sığortası təşkil edib. Bu 2014-cü ilin eyni dövrü ilə müqayisədə 0,3% çoxdur.

Qeyri-həyat sığortası üzrə ödənişlərin 39,8%-i və ya 33,2 mln. manatı tibbi sığortanın, 25,6%-i və ya 21,3 mln. manatı avtomobillərin icbari sığortasının, 19,6%-i və ya 16,3 mln. manatı kasko sığortasının, qalan 15%-i və ya 12,5 mln. manatı isə digər qeyri-həyat sığortası növlərinin payına düşüb.

Hesabat dövründə qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 36,1 manatı ödəniş edilib. 2014-cü ilin ilk 8 ayında isə bu rəqəm 38,9 manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR