Abşeronda naməlum avtomobil piyadanı vuraraq öldürüb

Abşeronda naməlum avtomobil piyadanı vuraraq öldürüb
# 15 oktyabr 2016 09:46 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Abşeronda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisə rayonun Masazır qəsəbəsində qeydə alınıb.

Yolu keçən qəsəbə sakini Azad Allahverdiyev müəyyən edilməmiş avtomobil tərəfindən vurulub. Xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Abşeron Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR