Azərbaycanda hotellər üzrə orta qiymət qonşu ölkələr və İstanbulla müqayisədə aşağıdır

Azərbaycanda hotellər üzrə orta qiymət qonşu ölkələr və İstanbulla müqayisədə aşağıdır
# 06 aprel 2024 11:17 (UTC +04:00)

Cari il ərzində Azərbaycanda bütün ulduz təsnifatları üzrə hotellərdə booking.com üzrə orta qiymət göstəricisi Gürcüstan, Ermənistan və Türkiyənin İstanbul şəhəri ilə müqayisədə aşağı olub.

APA-Economics”in xəbərinə görə, cari ilin yanvarında bütün ulduz təsnifatları üzrə hotellərdə booking.com üzrə orta qiymət göstəricisi Azərbaycanda 87.50, İstanbulda 159.50, Gürcüstanda 159, Ermənistanda isə Azərbaycanın milli valyutası ilə ifadədə 106.50 AZN təşkil edib.

Fevralda Azərbaycanda qiymətlərdə müəyyən artım, digər ölkələrdə və İstanbulda isə əksinə, azalma müşahidə olunub. Lakin buna baxmayaraq qeyd olunan dövrdə Azərbaycanda hotellər üzrə orta qiymət digərləri ilə müqayisədə yenə də aşağı olaraq qalıb. Belə ki, fevralda Azərbaycanda bütün ulduz təsnifatları üzrə hotellərdə qiymət 102.67, İstanbulda 130.60, Gürcüstanda 126.50, Ermənistanda isə Azərbaycanın milli valyutası ilə ifadədə 97.20 manat təşkil edib.

Martda Azərbaycan, İstanbul şəhəri, Gürcüstan, Ermənistan üzrə hotellərdə orta qiymət göstəricisi müəyyən qədər artıb.

Belə ki, Azərbaycanda hotellərdə orta qiymət göstəricisi 134.33, İstanbulda 138.20, Gürcüstanda 111, Ermənistanda isə Azərbaycanın milli valyutası ilə ifadədə 102.50 manat təşkil edib.
Apreldə isə bu qiymət Azərbaycanda 131.67, İstanbulda 180.80, Gürcüstanda 141, Ermənistanda isə Azərbaycanın milli valyutası ilə 112 manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR