Azərbaycanda mehmanxanaların gəlirləri 32% artıb

Azərbaycanda mehmanxanaların gəlirləri 32% artıb
# 30 aprel 2024 12:14 (UTC +04:00)

Bu ilin birinci rübündə Azərbaycanda mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 31,1 % artaraq 111,7 milyon manat olub.
Bu barədə "APA-Economics"ə Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, bu məbləğin 58,5 %-i nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 26,9 %-i ictimai iaşə xidmətlərindən, 3,6 %-i müalicə və sağlamlıq xidmətlərindən, 11 %-i isə digər xidmətlərin göstərilməsindən əldə edilib.

İlin üç ayında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə 17,8 % səviyyəsində olub. (2023-cü ilin yanvar-mart aylarında 13,4 faiz). Bu göstərici Şabranda 45,5 %, Qusarda 41,3 %, Bakıda 30,6 %, Naftalanda 29,8 %, Saatlıda 24,8 %, Sabirabadda 20,8 %, Beyləqanda 20,4 %, Ağcabədidə 20,2 %, digər şəhər və rayonlarda isə ölkə üzrə orta göstəricidən aşağı olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR