Azərbaycanda turizmlə bağlı investisiya təşviq sənədi var. Bu təşviqləri artırmaq üzərində çalışırıq.
Bu barədə "APA-Economics"ə açıqlamasında Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova deyib.
O bildirib ki, bunun üçün ilk növbədə qanunvericilik bazası işlənilməlidir:
"Agentlik bununla bağlı işlər həyata keçirir. Bir neçə təşviq mexanizmimiz var. Yeni əlavələrin də üzərində işlənilir. Bəzi vergi güzəştlərinin də olması üzərində işlər görülür", - deyə A.Hüseynova əlavə edib.