Bank Of Baku

Azərbaycandan Gürcüstana səfərlər 33%-dən çox artıb

Azərbaycandan Gürcüstana səfərlər 33%-dən çox artıb
# 16 yanvar 2026 10:42 (UTC +04:00)

Ötən il Azərbaycandan Gürcüstana 292 149 nəfər səfər edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasından bildirilib.

İllik müqayisədə ziyarətçilərin sayında 72 793 nəfər və yaxud 33,2% artım qeydə alınıb.

2025-ci ildə Gürcüstan 7,8 milyon nəfər beynəlxalq ziyarətçi qəbul edib ki, bu da illik müqayisədə 5,9% çoxdur. Turist səfərlərinin sayı isə 2024-cü illə müqayisədə 8,4% artaraq 5,5 milyona çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR