Bank Of Baku

Azərbaycandan Gürcüstana səfərlər azalıb

Azərbaycandan Gürcüstana səfərlər azalıb
# 15 aprel 2026 14:27 (UTC +04:00)

Bu ilin birinci rübündə Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 59 571 nəfər təşkil edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasının hesabatında bildirilib.

İllik müqayisədə Azərbaycandan qonşu ölkəyə səfərə yollananların sayı 5 247 nəfər və yaxud 8% azalıb.

Yanvar-martda Azərbaycan Gürcüstana səfər edən xarici ölkə vətəndaşlarının sayı baxımından V yeri tutub. Azərbaycanla yanaşı ilk beşliyə Türkiyə (238 368 nəfər), Rusiya (230 717 nəfər), Ermənistan (160 473 nəfər) və İsrail (66 744 nəfər) daxil olub.

Hesabat dövründə Gürcüstan ümumilikdə 1 300 505 nəfər beynəlxalq ziyarətçi qəbul edib ki, bu da ötən ilin eyni göstəricisindən 1,1% azdır. Turistlərin sayı isə illik müqayisədə 4% artaraq 997 529 nəfərə bərabər olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR