Bank Of Baku

Bakı–Tbilisi–Bakı qatarında ödənişsiz baqaj limiti açıqlanıb

Bakı–Tbilisi–Bakı qatarında ödənişsiz baqaj limiti açıqlanıb
# 22 may 2026 15:51 (UTC +04:00)

Bakı–Tbilisi–Bakı marşrutu üzrə hərəkət edən sərnişin qatarında Komfort və Komfort+ siniflərində səyahət edən sərnişinlər çəkisi 23 kiloqramdan, Lüks sinifdə isə 30 kiloqramdan çox olmayan 1 ədəd baqajı ödənişsiz daşıya bilərlər.

Bu barədə "APA-Economics"ə "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.

Bildirilib ki, pulsuz aparıla bilən əşyalara qatlanan uşaq arabası da daxildir. Komfort+ kupesini tam bron edən sərnişinlər isə uşaq arabalarını həm də açıq vəziyyətdə daşıya bilərlər.

Bundan əlavə, kiçik əl yükü üçün də ödəniş tələb olunmur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR