Bu il Azərbaycanın Türkiyə və Rusiyada turizm nümayəndəliyi açılacaq

Bu il Azərbaycanın Türkiyə və Rusiyada turizm nümayəndəliyi açılacaq
# 26 fevral 2024 12:31 (UTC +04:00)

Bu il Azərbaycanın Türkiyədə və Rusiyada turizm nümayəndəliyin açılmasını planlaşdırııq.

APA xəbər verir ki, bunu Dövlət Turizm Agentliyi sədrinin müşaviri Kənan Quluzadə deyib.

"Biz tender elan etmişik ki, bir sıra ölkələrdə, o cümlədən Çində, Yyaxın Şərq ölkələrində və digər ölkələrdə nümayəndəlik xidmətlərini əldə edək. Pandemiyadan öncə bizdə belə bir təcrübə var idi. Belə ki, hansısa tərəfdaşlar bizim orada nümayəndəlik fünksiyalarını yerinə yetirirdilər. Bu, nümayəndəlik deyil, nümayəndəlik xidmətinin göstərilməsidir. Bu il yenidən o təcrübəyə qayıdırıq. Tender elan edilib, nəticələr bilinəndən sonra ictimaiyyətə məlumat verəcəyik. Çalışacağıq ki, yaya qədər bu məsələ həllini tapsın", - deyə o qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR