Kürdəmirdə vəhşi heyvanlar kəndə hücum edib

Kürdəmirdə vəhşi heyvanlar kəndə hücum edib
# 04 dekabr 2017 07:55 (UTC +04:00)

Kürdəmirdə vəhşi heyvanlar kəndə hücum edib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə gecə saatlarında rayonun Qarasaqqallı kəndində baş verib. Kənd sakini Məhəmməd Əliyevin fərdi təsərrüfatına hücum edən yırtıcılar 8 baş xırda buynuzlu heyvanı tələf edib, 3 baş heyvanı isə yaralayıb. Hadisə yerinə cəlb olunan baytarlıq idarəsinin əməkdaşları yaralı heyvanları vaksinasiya edib, ölən heyvanlar isə basdırılıb.

M. Əliyevin dediyinə görə, belə hadisələr kənddə tez-tez baş verir. Son 1 ayda kənd sakinlərinin fərdi təsərrüfatına vəhşi heyvanlar 11 dəfə hücum ediblər.

Sakinlər bu cür halların qarşısını almaqda aciz olduqlarını bildirirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR