Bank Of Baku

Florian Zengştşmid: Azərbaycanın regionlarında turizm üçün böyük imkanlar var

Florian Zengştşmid: Azərbaycanın regionlarında turizm üçün böyük imkanlar var
# 26 sentyabr 2026 12:02 (UTC +04:00)

Azərbaycanın regionlarında turizm üçün böyük inkişaf imkanları var.

APA xəbər verir ki, bunu Azərbaycan Turizm Bürosunun Direktorlar Şurasının sədri Florian Zengştşmid II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən panel müzakirəsi zamanı deyib.

O bildirib ki, turizm istiqamətinin inkişafında güclü destinasiyanın brendi, etimad və beynəlxalq tərəfdaşlıqlar mühüm rol oynayır.
Zengştşmid qeyd edib ki, Azərbaycan Turizm Bürosu prioritet bazarlarda müxtəlif kampaniyalar, tərəfdaş şəbəkələri və media ilə əməkdaşlıq vasitəsilə ölkənin turizm imkanlarını təbliğ edir.

Onun sözlərinə görə, Azərbaycanın turizm potensialı yalnız Bakı ilə məhdudlaşmır.

“Azərbaycan hazırdır. Bu, yalnız Bakı ilə bağlı deyil. Regionlarda da infrastruktur, əsas imkanlar və çoxsaylı maraqlı inkişaf layihələri mövcuddur”, - o vurğulayıb.

Zengştşmid bildirib ki, Azərbaycanda dağ turizmi, sağlamlıq və sağlam həyat tərzi, mədəniyyət və irs kimi müxtəlif turizm istiqamətləri üzrə klasterlər inkişaf etdirilir.

O, həmçinin Şahdağdakı dağ kurortlarını qeyd edib və Qarabağın işğaldan azad edilmiş ərazilərində təbii resurslar, mədəniyyət və irsin turizm baxımından böyük imkanlar yaratdığını bildirib.

Azərbaycan Turizm Bürosunun rəhbəri “Sea Breeze” layihəsinin də Azərbaycanın beynəlxalq səviyyədə diqqət çəkən inteqrasiya olunmuş kurort layihələrindən biri olduğunu deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR