Gəncədə turizm peşələri üzrə əmək yarmarkası keçirilib

Gəncədə turizm peşələri üzrə əmək yarmarkası keçirilib
# 26 dekabr 2023 09:32 (UTC +04:00)

Dövlət Turizm Agentliyinin Gəncə Regional Turizm İdarəsinin təşkilatçılığı ilə "Gənc turizmçilərin şəbəkələşmə və əmək yarmarkası" keçirilib.

Agentlikdən APA-ya verilən xəbərə görə, yarmarkada iştirak 180-dən çox tələbəyə müxtəlif dövlət qurumları, təhsil müəssisələri, eləcə də turizm sənayesinin müxtəlf istiqamətləri üzrə fəaliyyət göstərən müəssisələr (yerləşmə, iaşə və əyləncə, startaplar) daxil olmaqla 31 müəssisə üzrə iş imkanları təqdim edilib.

Yarmarkanın keçirilməsində əsas məqsəd tələbələrin iş imkanlarına əlçatımlığının təmini və rəqabətqabiliyyətli kadrların sənaye ilə birbaşa əlaqələrinin genişləndirilməsidir.

Tədbir Dövlət Turizm Agentliyinin “Azərbaycanın Turizm Strategiyası 2023-2026” sənədinin 9 təməl prioritetlərindən biri olan turizm sektorundan insan resurslarının inkişafı istiqamətlərini hədəfləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR