Gürcüstandakı “Azerbaijan.Travel” qonaq mərkəzi fəaliyyətini dayandırıb

Gürcüstandakı “Azerbaijan.Travel” qonaq mərkəzi fəaliyyətini dayandırıb
# 09 yanvar 2024 17:27 (UTC +04:00)

Azərbaycan Turizm Bürosunun Tbilisidə fəaliyyət göstərən “Azerbaijan.Travel” qonaq mərkəzi fəaliyyətini dayandırıb.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, Azərbaycan Turizm Bürosunun dekabrın sonunda qəbul etdiyi qərarla qonaq mərkəzi 4 illik fəaliyyətdən sonra bağlanıb. Fəaliyyəti əsasən pandemiya və Gürcüstan-Azərbaycan sərhədlərinin bağlı olduğu dövrə düşən qonaq mərkəzi Gürcüstanda Azərbaycanın turizm imkanlarının təbliği məqsədilə yaradılmışdı.

Xatırladaq ki, qonaq mərkəzinin açılış mərasimi 4 oktyabr 2019-cu ildə Gürcüstanın Milli Turizm Administrasiyasının sabiq rəhbəri, hazırkı iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Mariam Kvrivişvili, həmçinin Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, eləcə də hər iki ölkənin digər dövlət və hökumət nümayəndələri iştirakı ilə baş tutmuşdu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR